...

ABŞ-da aviaşou zamanı təyyarə qəzaya uğrayıb

Hadisə Materials 14 Avqust 2023 05:56 (UTC +04:00)
ABŞ-da aviaşou zamanı təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

"MiQ-23" təyyarəsi bazar günü ABŞ-ın Miçiqan ştatında hava şousunda nümayiş uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə Detroyt Beynəlxalq Hava Limanının saytında bildirilib.

Qeyd olunub ki, hadisə yerli vaxtla saat 16:00 radələrində baş verib. Təyyarə Detroyt yaxınlığındakı Belvil yaşayış kompleksinin dayanacağına çırpılaraq bir neçə avtomobilə dəyib.

Pilot və ikinci ekipaj üzvü katapult oluna biliblər. Onlar ciddi xəsarət almasalar da, ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıblar. Başqa heç kim xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti