Bakı. Trend:
Salyanda 66 yaşlı qadın sirkə turşusu içərək intihar edib.
Trend xəbər verir ki, hadisə rayonun Parça Xələc kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1957-ci il təvəllüdlü G.Səmədova uzun xəstəliklə əlaqədar sirkə turşusu içərək özünü öldürüb.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.