...

Dirəkdən yıxılan rabitə işçisi barədə "Aztelekom"dan AÇIQLAMA (YENİLƏNİB) (FOTO)

Hadisə Materials 18 Avqust 2023 17:33 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

"Aztelekom" MMC Bərdədə rabitə işçisinin dirəkdən yıxılması hadisəsi ilə bağlı açıqlama verib.

"Aztelekom"dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 18 avqust saat 09:00 radələrində Bərdə rayonu ərazisində qurumun elektrik mantyoru Bahadur Hacıyev iş vaxtı sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarına riayət etmədiyindən rabitə dirəyindən yıxılıb.

"Əməkdaşımız təcili tibbi yardım maşını ilə ən yaxın xəstəxanaya çatdırılıb. Müvafiq tibbi müayinədən sonra əməkdaş evə buraxılıb. Hazırda vəziyyəti yaxşıdır və səhhətində heç bir problem yoxdur.

Hadisə ilə əlaqədar bütün sahə əməkdaşlarımız üçün bir daha sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarının tətbiqi mövzusunda təlimatlandırılma aparılacaq", - məlumatda deyilir.

xxx

10:58

Bərdədə rabitə işçisi dirəkdən yıxılıb.

Trend xəbər verir ki, hadisə şəhərin Bahadur Hacıyev küçəsində qeydə alınıb.

Bərdə rayon "Aztelekom" MMC-də mühəndis işləyən rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayev Tural Kamil oğlu rabitə xətlərini təmir edən zaman dirəkdən yıxılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan mühəndis təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti