Bakı. Trend:
Abşeronda evlərdən oğurluq edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 23-də Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən oğurluq etdiyinə görə tutulmuş Elmik Nəsirlinin müxtəlif vaxtlarda paytaxt sakini Səfər Bayramov ilə birgə daha 7 evdən ümumilikdə 5800 manat dəyərində elektrik naqili, təmir alətləri, elektrik aksesuarları və avadanlıqları oğurlaması da müəyyən olunub.
Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə Səfər Bayramov saxlanılaraq istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırma aparılır.