...

İraqda 4,8 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 11 Sentyabr 2023 02:53 (UTC +04:00)

Bakı. Trend:

İraqın Kərkük şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə vaxtı ilə saat 00:43-də episentri Kərkük olmaqla 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Hakkarinin Şemdinli rayonundan 223 kilometr aralıda baş verən zəlzələnin 7 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti