...

Mingəçevirdə kafedə üç nəfər bir-birini bıçaqlayıb

Hadisə Materials 4 Noyabr 2023 01:26 (UTC +04:00)
Mingəçevirdə kafedə üç nəfər bir-birini bıçaqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevir şəhərində yerləşən kafelərin birində aralarında baş vermiş mübahisə zamanı üç nəfər kəsici alətlə bir-birinə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, noyabrın 3-ü saat 19 radələrində Mingəçevir şəhərində yerləşən kafelərin birində aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Aslanov Fariz Xaləddin oğlu əvvəlcə kəsici alətlə 1965-ci il təvəllüdlü Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanova xəsarət yetirib. Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti