...

Azərbaycan-İran sərhədini pozan şəxs ƏLƏ KEÇİB

Hadisə Materials 16 Noyabr 2023 15:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Telman Tərlan oğlu İsgəndərov Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti