...

Bakıda pirotexniki vasitələr satan şəxslər saxlanılıb

Hadisə Materials 31 Dekabr 2023 21:16 (UTC +04:00)
Bakıda pirotexniki vasitələr satan şəxslər saxlanılıb

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən partlayıcı və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər hal-hazırda da davam etdirilir.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayon ərazisində yerləşən insanların istirahət etdiyi park və xiyabanlarda pirotexniki vasitələrin satışını təşkil edən daha 3 nəfər saxlanılıb.

Onlardan ümumilikdə 500 ədəd yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib.

Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti