Bakı. Trend:
18.02.2024-cü il tarixində saat 08:44 radələrində 1991-ci il təvəllüdlü Ağdaş rayonu, Hapıtlı kənd sakini (qadın cinsli) Təcili yardım briqadası tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, ona 43-44 həftəlik hamiləlik, uşaqlığın cırılma təhlükəsi, ölü döl, intoksikasiya, kəskin qan itirmə diaqnozları qoyularaq Ginekologiya və doğum şöbəsinə yerləşdirilib.
"Vətəndaş saat 11:30 radələrində "Qeysəriyyə kəsiyi" əməliyyatı ilə doğuşdan azad edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılmış reanimasyon tədbirlərə baxmayaraq zahı qadının 21.04.2024-cü il tarixində saat 10:13 radələrində bioloji ölümü qeydə alınıb",-deyə əlavə edilib.