...

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var

Hadisə Materials 24 Fevral 2024 00:00 (UTC +04:00)
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var

Bakı. Trend:

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb. Şağlaser kənd sakini Əsgər Səyadullanın idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi vurub. Piyada F.Paşayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən Ə.Səyadulla şübhəli şəxs qismində saxlanılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. İlkin məlumata görə, hadisəyə səbəb əlverişsiz hava şəraiti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti