...

Göyçayda ağır yol qəzası baş verib

Hadisə Materials 25 Mart 2024 21:44 (UTC +04:00)
Göyçayda ağır yol qəzası baş verib

Bakı. Trend:

Göyçayda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 190-cı kilometrliyində, Göyçayın Yekəxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə yol qəzası nəticəsində avtomobillərdən biri yoldan çıxaraq aşıb. Toqquşmanın təsirindən hər iki maşına ciddi zərər dəyib.

Qəzadan sonra hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə yaralılar Göyçay rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti