...

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutuldu

Hadisə Materials 19 Aprel 2024 09:16 (UTC +04:00)
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xdmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir boruların oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nail Cəfərov və İlqar Rəhimov müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı hər ikisinin üzərindən metamfetamin aşkarlanaraq götürülüb. N.Cəfərov və İ.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti