...

Kəngərlidə ağır qəza - Yaralılar var

Hadisə Materials 22 Aprel 2024 19:27 (UTC +04:00)
Kəngərlidə ağır qəza - Yaralılar var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, rayonun Qıvraq qəsəbəsində qeydə alınan hadisə zamanı Şərur rayon Yaycı kənd sakini, 1975-ci il təvəllüdlü Zeynalov Qabil Sabir oğlunun idarə etdiyi 68-BC-036 dövlət nömrə nişanlı avtomobil 74-BB-220 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub.

Nəticədə Qaraxanbəyli kənd sakinləri - 1972-ci il təvəllüdlü Babayeva Sara Məhərrəm qızı və 1992-ci il təvəllüdlü Babayeva Rəxşəndə Elman qızı xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti