...

Azərbaycanda ötən il təbii və texnogen mənşəli hadisələr zamanı 83 nəfər ölüb

Hadisə Materials 8 Fevral 2025 11:17 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il ərzində respublika ərazisində 14 856 təbii və texnogen mənşəli hadisə baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 305 hadisə və ya 2% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 83 nəfər həlak olub, 326 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 114 nəfər xilas edilib, 1450 nəfər təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti