...

Arvadını qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanıldı

Hadisə Materials 11 Fevral 2025 09:18 (UTC +04:00)
Arvadını qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanıldı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.

Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti