...

Bakıda polis oğurluq edənləri saxlayıb

Hadisə Materials 12 Fevral 2025 15:34 (UTC +04:00)
Bakıda polis oğurluq edənləri saxlayıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 554 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Şükürov müəyyən olunaraq saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, fevralın 11-də Xətai rayonu ərazisində isə paytaxt sakini olan 1 nəfər bankomatdan çıxardığı 2000 manatının oğurlanması barədə polisə edib. Oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti