...

Pirşağı sakini polisə könüllü olaraq silah-sursatlar təhvil verib

Hadisə Materials 14 Fevral 2025 12:15 (UTC +04:00)
Pirşağı sakini polisə könüllü olaraq silah-sursatlar təhvil verib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Sabunçu rayonu ərazisində keçirilən növbəti profilaktik tədbirlər nəticəsində Pirşağı qəsəbə sakini yaşadığı evin həyətində tapdığı 9 ədəd yararsız mərmini, 2 ədəd siqnal minasını, 1 ədəd rabitə qurğusunu, 7 ədəd patron darağını və 907 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti