...

Saatlıda evdə yanğın baş verib

Hadisə Materials 18 Fevral 2025 08:58 (UTC +04:00)
Saatlıda evdə yanğın baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Saatlı rayonunda ikimərtəbəli, altı otaqlı evdə yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğın nəticəsində ümumi sahəsi 192 m² olan evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 62 m² sahədə yanıb.

Yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi nəticəsində evin qalan hissəsi alovdan qorunub. Yanğın tam söndürülüb.

Xəbər lenti

Xəbər lenti