Bakı. Trend:
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı hasara çırpılıb.
Qəza zamanı 2002-ci il təvəllüdlü E.Bayramov və 2004-cü il təvəllüdlü S.Rzayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.