...

Şadlıq evində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlandı (FOTO)

Hadisə Materials 4 Aprel 2025 11:20 (UTC +04:00)
Şadlıq evində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlandı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Füzuli rayonunun Əhmədbəyli kəndində fəaliyyət göstərən, fiziki şəxs Məhərrəmov Nazim Eyvaz oğluna məxsus “Banu Palace” şadlıq evində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ictimai iaşə obyektində qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti