...

İdxal olunan mal piyində donuz DNT-si aşkarlandı (FOTO)

Hadisə Materials 10 Aprel 2025 16:48 (UTC +04:00)
İdxal olunan mal piyində donuz DNT-si aşkarlandı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Gourmeat" MMC-nin Rusiyadan idxal etdiyi "Bryansk Meat Company" şirkətinin istehsalı olan 21000 kq “Miratorq” əmtəə nişanlı mal piyindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında donuz DNT-si aşkarlanıb.

Faktla bağlı məhsul partiyası barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti