Bakı. Trend:
Bakıda sex yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan sexin yanar konstruksiyaları 210 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.