Avqustun 25-də Şamaxı rayonunun Pirqulu qəsəbəsində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) seysmoloji xidmət Mərkəzində Trend agentliyinə bildirilib.Zəlzələ saat 15.24-də 12 ballıq şkala üzrə 4,5 bal gücündə baş verib.
Pirqulunun mərkəzində 4 bal gücündə, Şamaxı şəhərində isə 3,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Nəticədə bəzi tikililərdə çatlar əmələ gəlib, itki yoxdur.