...

Respublika ərazisində narkotiklərlə bağlı 2067 cinayət faktı qeydə alınıb

Hadisə Materials 26 Noyabr 2005 14:17 (UTC +04:00)

Cari ilin 10 ayı ərzində Azərbaycan ərazisində narkotiklərlə bağlı 2067 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bu cinayət faktlarından 683-ü həmin narkotik maddələrin satışı ilə əlaqəlidir.

Qeyd olunan dövrdə ayrı-ayrı şəxslərdən 320 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 26 kiloqram 143 qram heroin, 38 kiloqram 653 qram tiryək, 28 kiloqram 281 qram həşiş, 218 kiloqram 226 qram marixuana, 11 min 73 həb və 10 ampula psixotrop dərman preparatları, 8 kiloqram 822 qram sirkə anhidridi götürülüb.

Bu növ cinayətlər törətdiklərinə görə 2067 şəxs, o cümlədən 74 nəfər xarici vətəndaş yaxalanıb və məsuliyyətə cəlb edilib.

Göstərilən müddət ərzində 512 tondan artıq narkotik xassəli bitkilər aşkar olunaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti