...

Nizami rayonu ərazisində odlu silahla qətl törədilib

Hadisə Materials 21 Dekabr 2005 15:07 (UTC +04:00)

Dekabrın 20-dən 21-nə keçən gecə Bakı şəhəri, Nizami rayonu ərazisində odlu silahla qətl hadisəsi törədilib. Bu barədə Trend ə Nizami rayon prokuroru Mahir Muradov məlumat verib.

Hadisə Bəhruz Quliyev küçəsindəki 31 saylı binanın qarşısında baş verib. 36 yaşlı Mansur Mansurov yaşadığı həmin binanın qarşısında üzlərinə maska geyinmiş iki naməlum şəxsin silahlı basqınına məruz qalıb. Həyat yoldaşı ilə avtomobildə olan M.Muradov həmin şəxslərin tapançalardan açdıqları atəşlər nəticəsində dünyasını dəyişib. Cinayətkarlar hadisə yerindən qaçıblar. Hadisə yerinə baxış keçirilərkən iki ədəd tapança və 11 giliz aşkar edilib. İlkin müayinə zamanı müəyyən edilib ki, mərhuma üç güllə dəyib.

Faktla əlaqədar cinayət işi başlanıb, şahidlərin dindirilməsi və əməlyyat-axtarış tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti