...

Bir nəfər Bakı Klinik Ruhi Xəstəxanasında baş verən yanğının qurbanı olub

Hadisə Materials 20 Yanvar 2006 15:22 (UTC +04:00)

Bakı Baş Səhiyyə İdarəsinin 2 saylı Klinik Ruhi Xəstəxanasında baş verən yanğın bir nəfərin həyatına son qoyub. Trend in məlumatına görə, Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanğın yanvarın 19-da yerli vaxtla saat 20.15-də baş verib. Xəstəxanadakı 132 xəstənin hamısı 1 saylı ruhi xəstəxanaya köçürülüb.

Yanğının səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti