...

Qız qalasında intihar baş verib

Hadisə Materials 20 İyun 2006 16:36 (UTC +04:00)

İyunun 20-də saat 15.10 radələrində Bakıda təqribən 25-30 yaşlarında naməlum qadın özünü Qız Qalasından ataraq intihar edib. Trend xəbər verir ki, faktla əlaqədar Səbail rayon Polis İdarəsinin və Səbail rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gəlib.

Səbail rayon Prokaurorluğunun müstəntiqi Elçin Qənbərovun sözlərinə görə, əlamətlərinə görə, azərbaycanlı olan qadının üzərində heç bir sənəd olmadığından onun şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.

Hadisənin ilk şahidləri Qız Qalasının inzibati işçiləri olub. Onlar bildiriblər ki, mərhum hadisədən bir neçə dəqiqə əvvəl Qız qalasına daxil olarkən onun davranışında heç bir qeyri-adilik müşahidə olunmayıb. Bilet alaraq qalanın üstünə qalxıb və bir neçə dəqiqədən sonra qalanın qarşısında oynayan azyaşlı uşaqlar qadının özünü atdığını görüblər.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibb Ekspertiza Şöbəsinə aparılıb.

Faktla əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti