...

Antalyada Azərbaycan vətəndaşı həlak olub

Hadisə Materials 4 Avqust 2006 16:29 (UTC +04:00)

Antalyada bədbəxt hadisə nəticəsində 37 yaşlı Azərbaycan vətəndaşı Murad Çobanov həlak olub. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Çobanov kurort şəhərinin parklarından birində sıldırım qayadan düşüb.

Ağır yaralanmış azərbaycanlı Antalyadakı dövlət xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin faktın araşdırılması davam edir.

Xəbər lenti

Xəbər lenti