...

Balakəndə polisə xəsarət yetirən şəxs axtarışdadır

Hadisə Materials 2 İyul 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Balakən rayon polis şöbəsinin əməkdaşına xəsarət yetirən rayon sakininin axtarışı davam edir. Balakən rayon prokurorunun köməkçisi Rəfael Zeynalov bazar ertəsi Trend ə bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə cinayət işi açılıb. Hadisəni törədən Nizami Quliyevin tutulması üçün əməlyyat-axtarış tədbirləri davam etdirilir. Prokuror köməkçisinin sözlərinə görə, Quliyevin açdığı atəş nəticəsində qolundan yüngül xəsarət alan polis əməkdaşının səhhəti normaldır.

Məlumata görə, rayon sakini Quliyev iyunun 29-da evinə gələn rayon elektrik şöbəsinin əməkdaşları ilə mübahisə edib və bildirib ki, işığını kəssələr, onları öldürəcək. Məsələ ilə bağlı polis şöbəsinə məlumat verildikdən sonra, iyunun 30-da həmin ünvana polis əməkdaşları göndərilib. Quliyev ov tüfəngindən açdığı atəş nəticəsində polis əməkdaşlarından birinə xəsarət yetirib, özü isə hadisə yerindən qaçıb. Quliyevin ADP rayon təşkilatının keçmiş sədri olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti