Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Dəvəçinin Dağ Brizi kəndində itkin düşmüş iki bacının axtarışı davam edir. Dəvəçi rayon prokuroru Faiq Rzayev Trend ə bildirib ki, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi açılıb. Rzayev avqustun 6-da itkin düşmüş 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidovaların meyitlərinin bu səhər kənd yaxınlığında tapılması ilə bağlı yayılan məlumatı təkzib edib.
Rzayev istintaq sirri olduğundan hadisə ilə bağlı şübhəli şəxs qismində həbs olunmuş Dəvəçi rayon Dələgah kənd sakinləri Təvəkkül və Elnur İsmayılovların ifadələri barədə məlumat verməyib.
Bacılar avqustun 6-da böyürtkan yığmağa gediblər. Onların qayıtmadığını görən qohumları Dəvəçi rayon polis şöbəsinə müraciət ediblər.