Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Tərtərdə cümə günü intihar hadisəsi baş verib. Trend in bölgə müxbirinin sözlərinə görə, günorta saatlarında Ağdərənin Qaralar kəndindən məcburi köçkün 13 yaşlı Ümid Yaşar oğlu Cahangirov özünü mal-qara tövləsində asıb. Mərhumun ailə üzvlərinin sözlərinə görə, Cahangirovla ailə-münaqişə zəminində hər hansı hadisə baş verməyib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda cinayət işi açılıb.
Tərtər paytaxt Bakıdan 350 kilometr cənub-qərbdə yerləşir.