...

Azərbaycanın xalq artisti Faiq Ağayevin ikinci ailəsi (FOTO)

Maraqlı Materials 5 Noyabr 2011 15:33 (UTC +04:00)
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi, cənab Qızıl Şlyager və 100% F.A titulunun sahibi Faiq Ağayev bu dəfə özündən yox, doğmaları qədər əziz bildiyi fanatlarından danışdı.
Azərbaycanın xalq artisti Faiq Ağayevin ikinci ailəsi (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi, Qızıl Şlyager və 100% F.A titulunun sahibi Faiq Ağayev bu dəfə özündən yox, doğmaları qədər əziz bildiyi fanatlarından danışdı.

Trend-in fotokamerası xalq artistini Lider televiziyasında çəkilişdən çıxarkən fanatlarının əhatəsində görüntülədi. Həmişə pərəstişkarlarına xüsusi diqqəti ilə seçilən müğənni onu sevənlərin məhəbbəti ilə əhatə olunmasından xeyli məmnun görünürdü.

"23 illik səhnə fəaliyyətim dövründə tamaşaçı sevgisini hər an hiss etmişəm. Mən fanat sözünü qəbul etmirəm. Onlar mənim ikinci ailəmdir. Şəksiz-sübhəsiz sözlərimin həqiqət olduğuna inana bilərsiniz. Elə pərəstişkarlarım var ki, uşaq yaşlarından mənə olan sevgisini nümayiş etdirib və illər ötüb mən onun toy məclisdə oxuyub, təşəkkürümü bildirmişəm. Qürurla deyə bilərəm ki, güvəniləsi insanların əhatəsindəyəm. F.A pərəstişkarları etibarlı silahdaşlarımdır", - xalq artisti dedi.

Pərəstişkarlarından biri isə Trend-ə açıqlamasında bildirdi ki, 2012-ilin ortalarına qədər onlar rəsmi olaraq "F.A Fan club" açmağı qarşılarına məqsəd qoyublar. Bu işdə ən birinci dəstəyi də elə Faiq Ağayevdən alıblar. Hələlik pərəstişkarların ümumi sayı hesablanır.

Onu da öyrəndik ki, çox yaxın vaxtda Facebook sosial şəbəkəsində xüsusi təbliğat qrupu yaradılacaq. Məqsəd estrada ulduzunun fanatlarının konkret sayını müəyyənləşdirməkdir.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti