...

Gürcüstanda beşayaqlı buzov doğulub

Maraqlı Materials 8 Noyabr 2011 11:20 (UTC +04:00)
Xaşuri rayonunun Brolosa kəndində qeyri-adi buzov doğulub. Belə ki, onun beş ayağı var.
Gürcüstanda beşayaqlı buzov doğulub

Gürcüstan, Tbilisi, 8 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Xaşuri rayonunun Brolosa kəndində qeyri-adi buzov doğulub. Belə ki, onun beş ayağı var.

Trend-in məlumatına görə, beşinci ayaq buzovun qulağının arxasındadır və digər dörd ayaq kimi inkişaf etməyib. Ölçüsünün bir qədər balaca olmasına baxmayaraq, buzov quruluş etibarilə sağlamdır.

O, tamamilə adi buzov kimi yeyir və çəkisi artır.

Qeyd etmək lazımdır ki, son vaxtlar Gürcüstanda heyvanların müxtəlif anomaliyalarla doğulması halları artıb. Bir az əvvəl bu ölkədə ikibaşlı buzov, habelə ikibaşlı quzu doğulmuşdu.

Xəbər lenti

Xəbər lenti