...

Diş həkimi xəyanət etdiyinə görə keçmiş nişanlısının bütün dişlərini çıxarıb

Maraqlı Materials 2 May 2012 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may / Trend/

Polşanın Vrotslav şəhərində diş həkimi olan xanım ona xəyanət etdiyinə görə keçmiş nişanlısının bütün dişlərinin çıxarıb. Trend-in məlumatına görə, bu barədə Rusiya mətbuatı Polşa KİV-inə istinadən xəbər verib.

Bildirilir ki, 45 yaşlı kişi müalicə üçün stomatoloq olan 34 yaşlı keçmiş rəfiqəsinə müraciət edib.

"Mən bütün pis hissləri bir kənara qoyub işə peşəkarcasına yanaşmağa çalışdım, lakin bu keçini görəndə içimdə nəsə qırıldı", - diş həkimi öz əməlini belə izah edib.

Qadın kişiyə çox yüksək dozada ağrıkəsici vurub və bundan sonra onun bütün dişlərini çıxarıb, sonra kişinin ağzını aça bilməməsi üçün başını möhkəm sarıyıb. Qadın bunu onun xeyrinə olacağı ilə izah edib.

Kişi dişsiz qaldığından yalnız evdə xəbər tutub.

Stomatoloqu bu əməlinə görə 3 ilədək həbs cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti