...

Qəhvə içmək ölüm riskini azaldır

Maraqlı Materials 17 May 2012 20:34 (UTC +04:00)
ABŞ alimlərinin sözlərinə görə, qəhvə içmək ölüm riskini azaldır.
Qəhvə içmək ölüm riskini azaldır

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Salmanov/

ABŞ alimlərinin sözlərinə görə, qəhvə içmək ölüm riskini azaldır. Belə ki, gündə 3 fincan qəhvə içən yetkin insanda bəzi xəstəliklərlə bağlı ölüm riski 10 faiz azala bilər. Bu barədə Trend cümə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.

Amerika Milli Xərçəng Təşkilatının bu sahədə apardığı araşdırmaya 1995-1996-cı illərdə 50-71 yaşında olan 400 min insan qatılıb. Onların səhhətləri 2008-ci il dekabrın 31-dək nəzarətdə saxlanılıb.

"New England Journal of Medicine" dərgisində dərc edilən araşdırmanın nəticəsinə əsasən, gündə orta hesabla 3 fincan normal və ya kofeinsiz qəhvə içənlərin ürək-damar, tənəffüs, şəkər xəstəlikləri ilə bağlı ölüm riski içməyənlərə nisbətdə daha azdır.

Alimlər deyiblər ki, lakin bu, qəhvənin ömrü uzatması anlamına gəlmir.

Xəbər lenti

Xəbər lenti