...

İsti hava insanları sınağa çəkir

Maraqlı Materials 9 İyul 2012 14:50 (UTC +04:00)
İsti hava şəraiti yalnız insanı yormur, həm də onun xarakterinin möhkəmliyini sınağa çəkir.
İsti hava insanları sınağa çəkir

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir X.Murtuzayeva/

İsti hava şəraiti yalnız insanı yormur, həm də onun xarakterinin möhkəmliyini sınağa çəkir. ABŞ-ın Şimal-Qərb Universiteti yanında Faynberq Tibb Mərkəzinin alimləri belə hesab edirlər. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i FoxNews-a istinadən yazır.

"Təcavüz və zorakılığın artması isti, xüsusən də qızmar və rütubətli hava ilə bağlıdır. Eləcə də belə günlərdə ümumi əhval-ruhiyyənin aşağı düşməsi müşahidə edilir", - agentlik kliniki psixiatriya kaferdrasının dosenti Nensi Molitordan sitat gətirir. Bu, belə havada insanların pis yatması, orqanizmin susuzlaşması səbəbindən baş verir. Bir çoxları günün istisinə çıxmamaq üçün bütün günü evdə keçirirlər. Vəziyyətə nəzarət etməyin qeyri-mümkünlüyü pis əhvala yol açır. Molitor belə günlərdə ciddi qərarlar qəbul etməməyi tövsiyə edir. Çünki qıcıqlanmış vəziyyətdə çoxlu səhvə yol vermək olar ki, bunun nəticəsinə görə də təəssüflənmək lazım gələcək.

İsti hava şəraitində insanların əksəriyyəti özlərini boğulmuş hiss edirlər, 1-2 faiz şəxslərdə psixi pozğunluq müşahidə olunur. Narahatlıq və depressiya ilə yanaşı, onlar həyəcan hissi keçirirlər ki, bu da intihara gətirib çıxara bilər.

Psixoloq isti havada yaxşı əhval-ruhiyyəni saxlamağın bir neçə yolunu təklif edir. Əvvəla, o, susuzlaşmadan qaçmaq üçün çoxlu maye qəbul etməyi məsləhət görür. İkincisi, idmanla məşğul olan şəxslər ya səhər erkən, ya da axşamdan xeyli keçmiş məşq etməlidirlər. Ən başlıcası isə öz orqanizmini dinləməkdir. "Əgər insan öz bədəninə qulaq asarsa, o, istiliyə rahat davam gətirə bilər", - mütəxəssis qeyd edib.

Xəbər lenti

Xəbər lenti