...

Pişiklərin doqquz canı...

Maraqlı Materials 10 İyul 2012 18:00 (UTC +04:00)
Pişiklərin doqquz canı olduğu iddiasını dəstəkləyəcək növdəti hadisə ABŞ-ın Boston şəhərində baş verib.
Pişiklərin doqquz canı...

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir X.Murtuzayeva/

Pişiklərin doqquz canı olduğu iddiasını dəstəkləyəcək növdəti hadisə ABŞ-ın Boston şəhərində baş verib. Bəxti gətirən bir pişik 19-cu mərtəbədən yıxılarkən sadəcə kiçik cızıqla canını qurtara bilib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

"Şəkər" adlı ağ ev pişiyi bayırı seyr etmək istərkən dırmaşdığı kiçik pəncərədə özünü saxlaya bilməyərək 60 metr yüksəklikdən yerə düşüb.

Heyvanları Xilasetmə Qrupu tərəfindən dərhal müayinə mərkəzinə aparılan "Şəkər"də, bir-iki kiçik cızıq istisna olmaqla, heç bir qırılma və ya orqan zədələnməsinin olmadığı məlum olub.

Mütəxəssislər bu yüksəklikdən düşən pişiklərin uçan sincab kimi qıçlarını açaraq düşdüyünü bildirirlər. "Şəkər"in də bu cür möcüzəli bir eniş reallaşdırdığı hesab olunur.

Xəbər lenti

Xəbər lenti