...

Dərmanın təsirindən qolsuz və ayaqsız dünyaya gələn qadın milyonlarla dollar təzminat aldı

Maraqlı Materials 19 İyul 2012 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İngiltərənin dərman şirkəti anasının hamiləlik vaxtı istifadə etdiyi Talidomit adlı dərmanın təsirindən qolsuz və ayaqsız dünyaya gələn avstraliyalı qadına yüzlərlə milyon dollarlıq təzminatı ödəməyi qəbul edib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Linette Rove adlı avstraliyalı qadın ölkəsinin Viktoriya əyalətinin Ali Məhkəməsində qaldırdığı iddiada İngiltərnin dərman şirkətinin təzminat ödəməyi qəbul etməsindən məmnunluğunu bildirib.

Bu gün 50 yaşında olan Rove "Qaldırdığım iddianın başqaları üçün də faydalı olacağı əladır. Bu, dünyanı dəyişdirmək üçün qollara və ayaqlara ehtiyacınız olmadığını göstərir" deyib.

1950-ci və 1960-cı illərdə hamilələrdə sabah ürəkbulanmalarına qarşı hazırlanan Talidomit adlı dərman doğuş qüsurlarına səbəb olduğu müəyyənləşincə 1961-ci ildə anidən dövriyyədən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti