...

Ürəyi ilə qidalanan insan

Maraqlı Materials 28 Avqust 2012 10:52 (UTC +04:00)
İngiltərənin şimal-qərbindəki Kambria şəhərində yaşayan 18 yaşlı Codi Vaskes yaşaması üçün ürəyindən qidalandırılır.
Ürəyi ilə qidalanan insan

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir X.Murtuzayeva/

İngiltərənin şimal-qərbindəki Kambria şəhərində yaşayan 18 yaşlı Codi Vaskes yaşaması üçün ürəyindən qidalandırılır. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Belə ki, "İlers Danlos" sindromu adlı irsi xəstəlikdən əziyyət çəkən gənc qızın birləşdirici toxumaları zədələndiyindən bağırsaqları, mədəsi və öd kisəsi öz funksiyasını itirib, oynaqları isə asanca yerindən çıxır. Bu səbəbdən qız daim əlil kürsüsündə əyləşir. Onun qidalanması isə damla halında birbaşa ürəyinə gedən borucuq vasitəsi ilə aparılır.

Codinin anası qızının yaşaması üçün hər gecə çox diqqətli olmağı tələb edən bu işi yerinə yetirir. Qeyd edək ki, ürək vasitəsilə aparılan qidalanmada ən kiçik bir səhv ölümə səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti