...

250 min dollar tapan süpürgəçi onu sahibinə qaytarıb

Maraqlı Materials 29 Sentyabr 2012 11:18 (UTC +04:00)
İranın Qum şəhərində küçələri təmizləyən Hüseyn Mollaqulami adlı süpürgəçi küçədə içərisində 250 min dollardan çox pul vəsaiti olan çanta taparaq onu sahibinə qaytarıb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir
250 min dollar tapan süpürgəçi onu sahibinə qaytarıb

Azərbaycanın, Bakı, 29 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranın Qum şəhərində küçələri təmizləyən Hüseyn Mollaqulami adlı süpürgəçi küçədə içərisində 250 min dollardan çox pul vəsaiti olan çanta taparaq onu sahibinə qaytarıb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.

Məlumata əsasən, Mollaqulami kecə saat 02:00 radələrində küçəni təmizləyərkən təmiz bir çantanın küçənin bir qırağına düşdüyünü görür və yaxınlaşıb onu götürür. Çantanı açdıqda içərisində xeyli sayda pul olduğunu görərək, sevincək həyat yoldaşına zəng edir və hadisəni ona danışır. Onun həyat yoldaşı həmin pulun onlara aid olmadığını bildirərək Mollaqulaminı İslam Peyğəmbərinin qızı xanım Fatimə Zəhra əleyhissalama and verir ki, pulun sahibini tapsın və qaytarsın. Bundan sonra Mollaqulami icra qurumlarına çantanın tapılması və onun daxilində bu qədər pulun olduğunu məlumat verir. Bundan sonra Mollaqulami görür ki, bir qadın və kişi nigaran halda küçədə nəsə axtarırlar. Onlardan nə axtardıqlarını soruşur və məlum olur ki, həmin şəxslər içərisində külli miqdarda pul olan qara rəngdə bir çanta itiriblər. Mollaqulami onlardan çantanın içərisində nə qədər pulun olduğunu və digər əlamətləri soruşur və tapdığı çanta ilə uyğun gəldiyi üçün pulu sahibinə qaytarır.

Məlum olur ki, pulu itirən kişi öz bağ evini və digər əmlakını sataraq həmin pulla ürək çatışmamazlığından əziyyət çəkən həyat yoldaşını əməliyyat etdirmək istəyirmiş.

Xəbər lenti

Xəbər lenti