...

Kainatdakı ən böyük qara dəliklərdən biri tapıldı

Maraqlı Materials 1 Dekabr 2012 11:15 (UTC +04:00)
Elm adamları indiyə qədər məlum olmayan və kainatda ən böyük qara dəliklərdən birini kəşf ediblər
Kainatdakı ən böyük qara dəliklərdən biri tapıldı

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Elm adamları indiyə qədər məlum olmayan və kainatda ən böyük qara dəliklərdən birini kəşf ediblər.

"Max Planck" Astronomiya İnstitutundan Remco van den Bosçun rəhbərlik etdiyi bir qrup alim Günəşdən 17 milyard dəfə daha böyük olan qara dəliyi kəşf etdiklərini bəyan ediblər. "Təbiət"("Nature") jurnalında dərc olunan araşdırmada bu kəşfin qalaktikaların təşəkkülü ilə əlaqədar insanların indiyə qədər əldə etdikləri bütün bilikləri dəyişdirəcəyi qeyd edilir. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

ABŞ-ın Texas ştatındakı "Hobby-Eberly" teleskopunu istifadə edərək 900 qalaktikanı araşdıran elm adamları nəhəng qara dəliyi Yer kürəsindən 220 milyon işıq ili uzaqlığındakı "Perseus" bürcündə tapıblar.

Qeyd edək ki, indiyə qədər qalaktikada olan ulduzlarla qalaktikanın mərkəzindəki qara dəliyin böyüklüyü arasında bir əlaqə olduğu hesab edilirdi. Ancaq qalaktikaların təşəkkülü ilə əlaqədar bütün nəzəriyyələrdə əhəmiyyətli bir rol oynayan bu fərziyyə nisbətən kiçik bir qalaktikada nəhəng qara dəliyin kəşf edilməsi ilə yanlış olduğu sübut edilib.

Samanyolu qalaktikasının dörddə biri böyüklüyündə olan "NGC 1277" qalaktikasında kəşf edilən qara dəlik qalaktikanın bütün kütləsinin yüzdə 100/14-ü təşkil edir. Digər qara dəliklər üçün bu nisbət ortalama 100: 0,1-dir.

Yeri gəlmişkən, yeni kəşf edilən qara dəliyin təxminən 8 milyard il əvvəl meydana gəldiyi və inkişafı ərzində çox az dəyişikliyə uğradığı hesab edilir. Xatırladaq ki, indiyə qədər kəşf edilən ən böyük qara dəliklərdən biri Günəşdən 4 milyon dəfə böyükdür və Günəş Sisteminin də içində olduğu Samanyolu qalaktikasının mərkəzində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti