...

Naməlum britaniyalı "EuroMillions" lotereyasından 81 milyon funt qazanıb

Maraqlı Materials 31 May 2013 06:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

"EuroMillions" lotereyasından 81 milyon funt (təxminən 95 milyon avro) qazanmış Böyük Britaniya sakini adını açıqlamamaq qərarına gəlib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, lotereya oyunu çərşənbə axşamı keçirilib.

Məlumatda deyilir ki, naməlum britaniyalı bu qazancı ilə Böyük Britaniyada 908-ci milyonçu adını alıb. Müqayisə üçün deyək ki, qazanılan məbləğ müğənni Adelin varidatından 4 dəfə çoxdur.

Qeyd edək ki, 2012-ci ildə naməlum britaniyalı "EuroMillions" lotereyasından 148 milyon funt (190 milyon avro) qazanmışdı. Bütün tarix boyu britaniyalılar "EuroMillions" lotereyasından 4 milyard funt qazanıblar.

Xatırladaq ki, "EuroMillions" lotereyasının ilk tirajı 2004-cü ilin 13 fevralında Fransada, İspaniyada və Böyük Britaniyada keçirilib. 2004-cü ilin oktyabr ayında lotereyaya daha 6 ölkə - Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriya qoşulub.

Bir biletin qiyməti isə 2 avrodur. Ümumi lotereya iştirakçılarının sayı 200 milyon nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti