...

Ağdaşda müəmmalı yanğın (FOTO)

Maraqlı Materials 23 Yanvar 2014 11:41 (UTC +04:00)
Ağdaş şəhərində 5 otaqlı fərdi yaşayış evində müəmmalı yanğın hadisəsi baş verib.
Ağdaşda müəmmalı yanğın (FOTO)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Ağdaş şəhərində 5 otaqlı fərdi yaşayış evində müəmmalı yanğın hadisəsi baş verib.

Trend EL TV-yə istinadən xəbər verir ki, hadisə Ağdaş şəhərində, Müşfiq İsayev küçəsi, dalan 4, ev 24 ünvanında qeydə alınıb.

81 yaşlı Həmdiyyə Mövlanovaya məxsus ümumi sahəsi 225 kv.m olan 5 otaqlı mənzildə 3 gün əvvəl qəribə hadisə baş verib. Otaqların pərdələrindən başlayan yanğın 3 günün içərisində evin bütün əşya və mitil dəstini yandırıb. Hətta yanan əşyalar içərisində televizor və soyuducu kimi məişət avadanlıqları da olub. Qəribəsi budur ki, soyuducu yansa da, işləyir.

Qeyd edək ki, 5 nəfərin yaşadığı evdə son bir həftədə 5 dəfə irili-xırdalı yanğın hadisələri olub. Ayrı-ayrı vaxtlarda yataq otağındakı döşəklər, pərdələr, soyuducu, kreslo, televizor, iki otağın tavanı yanıb.

Dünən isə ailə üzvləri yanğından gec xəbər tutduqları üçün evin iki otağı yanıb. Əraziyə 3 dəfə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Ailənin bütün üzvləri hər an yenə yanğın hadisəsinin baş verəcəyindən ehtiyatlanaraq gecə-gündüz artıq yararsız vəziyyətdə olan evə nəzarət edirlər. Əşyaların nədən yandığı isə müəmmalıdır.

Hadisəni görənlər təəcüblənirlər, çünki yanan əşyalar olan yerdə elektrik naqili və ya soba yoxdur.

Şər qüvvələrin olmasından şübhələnən ev sahibi kəndin mollasına iki dəfə dua da yazdırıb.

Qeyd edək ki, hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti