Azərbaycan, Bakı, 18 iyun /Trend/
Çinli milyarder Çen Quanbyao növbəti qeyri-adi addım atmaq qərarına gəlib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, o, min amerikalı yoxsulu Nyu-Yorkun Mərkəzi parkında xeyriyyə yeməyinə dəvət edib.
Milyarderin məqsədi onların Çinin varlı insanları barədə düşüncələrini dəyişməkdir.
O, iyunun 25-nə təyin edilmiş xeyriyyə aksiyası barədə məlumatı ABŞ-ın qabaqcıl qəzetlərində dərc etdirib.
Bundan başqa, şam yeməyinə gələnlər içərisində 300 dollar olan qırımızı zərf əldə edəcəklər.
Ç.Quanbyao bəyan edib ki, xeyriyyə yeməyinə təqribən 1 milyon dollar xərcləyəcək.