...

Səxavətli mer sakinləri yeməyə dəvət edir

Maraqlı Materials 27 Oktyabr 2014 18:50 (UTC +04:00)
İtaliyanın Roşinyo şəhərinin meri bütün sakinləri ofisinə səhər yeməyinə dəvət edib.
Səxavətli mer sakinləri yeməyə dəvət edir

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

İtaliyanın Roşinyo şəhərinin meri bütün sakinləri ofisinə səhər yeməyinə dəvət edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, mer Pino Palmieri bütün şəhər sakinlərinə meriyada səhər yeməyi üçün rəsmi dəvət göndərib.

Mer bəyan edib ki, sakinləri hər səhər bələdiyyə binasında qarşılayacaq: "Mən kofe masası arxasında onların şəhərimizdə həyat şəraitinin yaxşılaşdırılması üzrə ideyalarına qulaq asacağam".

O, əlavə edib ki, hər səhər yeməyinə görə hesabı öz cibindən ödəyəcək. 800 nəfərdən ibarət şəhər əhalisi istədikləri yemək və içkini seçə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti