...

7 ildir gəmidə yaşayır

Maraqlı Materials 22 Yanvar 2015 16:29 (UTC +04:00)
ABŞ-dan olan qadın 7 ildir böyük gəmidə yaşayır.
7 ildir gəmidə yaşayır

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ-dan olan qadın 7 ildir böyük gəmidə yaşayır.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata əsasən, Li Vaçstetter əri öldükdən sonra beşotaqlı evini sataraq 70 nəfərlik tutumu olan sərnişin gəmisinə yerləşib.

86 yaşlı qadın bu günədək həmin gəmi ilə dünyanı 15 dəfə dolaşıb. Səyahətin bir ili ona 164 min dollara başa gəlib. Bura gəmi kupesi, bütün yeməklər və içkilər, eləcə də gəmidəki digər xidmətlər daxildir. Gəminin 655 nəfər işçi heyəti olduğu bildirilir.

Bununla ərinin vəsiyyətini yerinə yetirdiyini deyən qadın ölənədək quruya ayaq basmayacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti