...

Elektron əşyaların alışında yeni qayda

Maraqlı Materials 30 Yanvar 2015 16:30 (UTC +04:00)
Çinin Sincan-Uyğur Muxtar Rayonunda rabitə əlaqəsini təmin edən elektron əşyalar şəxsiyyət vəsiqəsini təqdim etməklə satın alınacaq.
Elektron əşyaların alışında yeni qayda

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Məftun Salmanov/

Çinin Sincan-Uyğur Muxtar Rayonunda rabitə əlaqəsini təmin edən elektron əşyalar şəxsiyyət vəsiqəsini təqdim etməklə satın alınacaq.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, mobil telefonlar və kompüter kimi elektron əşyaları yalnız şəxsiyyət vəsiqəsinin köməyi ilə almaq mümkün olacaq.

Elektron mallar satan mağazaların sistemlərinə isə həmin əşyaları alan şəxslər və məhsullar barədə proqram yüklənəcək. Bu proqrama ölkənin təhlükəsizlik qüvvələrinin çıxışı olacaq.

Qeydiyyata alınmayan ikinci əl məhsulların istifadəsi isə qadağan edilir. Bundan başqa, yeni qaydalara görə mağazalarda təhlükəsizlik kameraları quraşdırılacaq və kamera qeydləri 30 gün saxlanılacaq.

Bu qadağanın məqsədi Pekinin "zərəli və ifrat" olaraq gördüyü fikirlərin bölgə insanları arasında yayılmasının qarşısını almaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti