...

20 milyon quş elektrik cərəyanı vurmasından ölür

Maraqlı Materials 9 Fevral 2015 14:35 (UTC +04:00)
Rusiyada hər il hava elektrik ötürücü xətlərində elektik cərəyanı vurmasından 7-20 milyon quş ölür.
20 milyon quş elektrik cərəyanı vurmasından ölür

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Məftun Salmanov/

Rusiyada hər il hava elektrik ötürücü xətlərində elektik cərəyanı vurmasından 7-20 milyon quş ölür. Trend-in bazar ertəsi "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, bunu Rusiya təbii sərvətlər və ekologiya nazirinin müavini Rinat Qizatulin deyib.

Onun sözlərinə görə, onlardan 3 milyonu yırtıcı quşlardır.

Nazir müavini qeyd edib ki, ölən 10 minlərlə quş Rusiyanın Qırmızı Kitabına salınıb.

R.Qizatulin əlavə edib ki, elektrik ötürücü xətlər, transformator yarımstansiyaları və paylayıcı qurğuların quşların müdafiəsi üçün müasir qurğularla təchiz edilməməsi Rusiyanın nadir və məhv olmaqda olan quş növlərinin genefonduna təhlükə törədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti