Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Məftun Salmanov/
Ginnesin Rekordlar Kitabı həyatda olan ən yaşlı pişiyi qeydə alıb. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, II Tiffani adlı pişiyin bir aydan sonra 27 yaşı olacaq.
Kaliforniyada yaşayan pişik 1988-ci il martın 13-də anadan olub. Heyvanın sahibi Şeron Vurxis bildirib ki, onu 10 dollara alıb. Pişiyin yeganə əziyyət çəkdiyi şey yüksək arterial təzyiqdir.
Qeyd edək ki, indiyədək dünyada yaşamış ən yaşlı pişik 2005-ci ildə Texasda ölən 38 yaşlı Krim Paff hesab edilir.