Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İlhamə İsabalayeva/
Kann kinofestivalının gündüz proqramının filmləri nümayiş olunduqdan, "qırmızı xalça" üzərində çəkilən fotosessiyalar bitdikdən sonra nələr baş verir?
Trend xarici mətbuata istinadən ulduzların həmin anlarını şəkillərlə təqdim edir.
Peris Hilton həmişəki kimi kişilərin əhatəsindədir
Diana Kryuqer "şikayət" edir: "Kannda çox gözəl hava var"
Yeva Lonqoriya və Endi Makdauell geyim seçməkdən yaman yorulublar
Salma Hayek gizlicə böyük bir sendviç yeyir
Ayşvariya Ray hesab edir ki, fotobomb əladır
Lyupita Nionqo: nə qədər zənginsənsə, o qədər də xoşbəxtsən
Natalya Vodyanova cəmiyyət arasına çıxmağa hazırlaşır
Kinoprodüser Məhəmməd ət-Türki özünü saxlaya bilmir və "selfi" çəkdirir
Anabel Kutay vanna qəbul etməyə hazırlaşır
Nataşa Poli istəyir ki, hamı bunu bilsin - o adi yerdə deyil, "Grand Hyatt Cannes Hôtel Martinez"də yaşayır
Karli Kloss Aralıq dənizinin havasını qəbul etmək üçün Kanna öz övladını gətirib
Adriana Lima və İrina Şeyk "Chopard" zərgərlik markasının ziyafətində
Bütün iştirakçılara fransız dilində deyilib: "Festivalın qaydalarına görə, "Qızmızı xalça" üzərində heç bir selfi ola bilməz". Amma Rusiya aktrisası Marina Orlova özünü saxlaya bilmir
Svetlana Xodçenkova bizə göstərir... Yeri gəlmişkən, o bizə nəyi göstərir?